"Liverpul"un futbolçusu Luiz Diaz həyatının ən ağır günlərini yaşayır. Valideynləri qaçırılan kolumbiyalı futbolçu ölkəsinə qayıdıb. Yerli əhali də insan oğurluğuna reaksiya vermək üçün etiraz yürüşü keçirib.
Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, Luiz Diazın anası sağlam tapılıb. Atası hələ də itkindir.
"Liverpul"un ulduz futbolçusunun atası üçün ordu da hərəkətə keçib. Yaxınları və qohumları Manuel Diazın azadlığa buraxılması üçün etiraz ediblər.
“Onu azad edin” və “Oğurluqlara son” yazılan plakatlar açılıb.
Kolumbiyanın daxili işlər naziri Luis Fernando Manuel Diazın ölkənin dağlıq bölgəsində ola biləcəyini və əsgərlərin ərazidə axtarış apardığını açıqlayıb.
Polis Diazın tapılmasına kömək edəcək məlumatları paylaşanlara 49 min dollar mükafat veriləcəyini də vəd edib.
"Liverpul"un meneceri Yurgen Klopp Luiz Diazın hadisədən xəbər tutan kimi Kolumbiyaya getdiyini və bütün dualarının futbolçu və ailəsi ilə olduğunu açıqlayıb.