Bakıda yanğın olub

Bakı şəhəri Mir Cəlal küçəsində  yanğın hadisəsi olub. 
Bu barədə "Sherg.az"ın müxbiri hadisə yerindən məlumat verib. 
Yanğın  9 mərtəbəli binanın 8-ci mərtəbəsində baş verib. 
Hadisə yerinə Fövqəladə hallar nazirliyinin yanğınsöndürənləri və texnikası cəlb edilib. 
Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan və ölən yoxdur.