Televiziya proqramına qatıldı, ziddiyyətli çıxışları ilə özünü ələ verdi
İtkin düşdüyü üçün axtarışda olan həyat yoldaşı Bedriye Kılıçın (35) boğularaq öldürüldüyü və cəsədinin uçurumdan atıldığı Konyada yeni hadisə yaşanıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Konya Akşehirdə yaşayan Tayfur Kılıç albalı bağında mövsümi işçi işləyən həyat yoldaşı, 3 uşaq anası Bedriye Kılıçın işə getmək üçün evdən çıxdığını və bir daha geri qayıtmadığı üçün polisə müraciət edib. Polisin araşdırması zamanı qadının heç bir izinə rast gəlinməyib. Bedriye Kılıç tapa bilməyəndə ailələr televiziya proqramına qatılıb.
Tayfur Kılıç 28 oktyabrda proqramdan sonra məmləkətinə qayıdarkən televiziya proqramında etdiyi ziddiyyətli çıxışlar və davranışlarından dolayı sərnişin avtobusunda saxlanılıb. Polisə aparılan Tayfur Kılıç dindirilməsi zamanı "Həyat yoldaşımın telefonuna davamlı mesajlar gəlirdi. Qısqanclıq zəminində dalaşdıq. Arvadımı evdə boğaraq öldürdüm. Sonra cəsədini avtomobillə aparıb Akşehir-İsparta yolunda dağlıq ərazidə uçuruma atdım”.
Tayfur Kılıç arvadının cəsədini atdığı dağlıq ərazini prokuror və polisə göstərib. Özü isə əməliyyatlardan sonra çıxarıldığı məhkəmədə həbs edilib. Təhlükəsizlik qüvvələri AFAD qrupları meyit itləri ilə birlikdə Kılıçın cəsədinin atıldığı iddia edilən ərazidə axtarış aparıb. Araşdırma zamanı Kılıçın meyiti tapılmayıb.
Ötən gün istintaq çərçivəsində Tayfur Kılıçın atası Adem Kılıç da saxlanılıb. Adem Kılıç əməliyyatlardan sonra sövq edildiyi ədliyyədə qətlə kömək etdiyi səbəbi ilə həbs edilib.