Xaçmazda avtomobillə motosiklet toqquşub, ölən var 

Xaçmazda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosu xəbər verir ki, Gəndob-Yalama yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində "Mercedes" markalı yük avtomobili motosikletlə toqquşub.

Qəza nəticəsində motosikletin sürücüsü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.