Samuxda yol kənarında silah-sursat aşkarlanıb

Samux Rayon Polis Şöbəsinə rayonun Kolayır kəndi ərazisində yol kənarında silah-sursat olması barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib.
Sözügedən əraziyə baxış keçirilən zaman oradan 1 ədəd "Kalaşnikov" markalı avtomat, həmin silaha aid 1 ədəd daraq, 9 ədəd 7.62 mm-lik patron və bir ədəd 16 kalibirli, qundağı və lüləsi kəsilmiş ov tüfəngi aşkarlanıb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub, faktla bağlı araşdırmalar davam etdirilir