Türkiyənin Kastamonu bölgəsinin Ağlı rayonunda qış yuxusuna gedə bilməyən ayılar yeni basdırılan meyitlərin məzarlarını qazır.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, 2014-cü ildə Kastamonun Ağlı rayonunda məzardan cəsədi qaçıran ayı Kürə rayonunda da cəsədi məzardan çıxarıb. 2017-ci ildə Seydilər rayonunda ayılar qəbirləri qazaraq böyük çaxnaşma yaratmışdı. Bu il qış yuxusuna gedə bilməyən ayılar yenə qəbiristanlıqlardadır. İnebolu və Ağlı rayonlarında təxminən 60 gün əvvəl həyatını itirən vətəndaşların məzarları da ayılar tərəfindən qazılıb. İnebolu rayonunun Cünürye məhəlləsində məzar qazmağa çalışan ayı itlərin reaksiyasından sonra meyiti çıxarmadan qaçıb. Bu hadisədən az sonra eyni vəziyyət Ağlı rayonunda da yaşanıb. Ayı rayonunun Bereketli kəndindəki qəbiristanlığa gələrək təxminən 3 ay əvvəl dəfn olunan məzarı qazmağa çalışıb. Qəbirə qoyulan tikanlı məftillər sayəsində ayı məqsədinə nail ola bilməyib.
Bərəkətli kəndi və ətraf kəndlərdəki qəbiristanlıqları təqib edən ayılar 7 məzar açmağa cəhd edib. Kənd sakinlərinin diqqəti sayəsində ayılar ərazidən uzaqlaşdırılıb, açılan qəbirlər isə vətəndaşlar tərəfindən yenidən bağlanıb. Kənd sakinləri ayı hücumlarının artmasından qorxduqlarını bildiriblər.
Bereketli kəndində yaşayan Cahit Ergin deyib:
“Oğlumuzu təxminən 3-4 ay əvvəl burada dəfn etdik. Amma o vəhşi heyvan bizim ölülərimizi belə rahat qoymur. Qəbri tam örtmüşdük, amma ölülərimizə zərər verir. Biz bunun çarəsini və ya həllini tapa bilmirik. Son bir ildə hadisələr daha da artıb. 700-800 civarında olan ayı populyasiyasının artaraq 1600-ü keçdiyini deyirlər. Bu heyvanlar bizi blokadaya aldılar. Fatihə oxumaq üçün qəbiristanlığımıza belə gedə bilmirdik. Ağsaqqallarımız buna qarşı tədbir görməlidir".
Meyitləri basdırarkən əhəng və tikanlı məftilləri ilə tədbir gördüklərini ifadə edən Ergin, “Cəsədlərimizi basdırarkən məzara əhəng tökürük. Əhəng tökürük ki, torpaq meyitin iyini verməsin. Tikanlı məftillər çəkirik ki, ayı meyiti çıxarmasın. Bu məftillər ayıya zərər verir. Əks halda o, bizim meyitimizi də çıxaracaq. Bundan sonra aparıb, kim bilir hara atacaq”- deyə üzüntüsünü bildirib.
Səlahiyyətlilərdən yaşadıqları problemə çarə istədiklərini xahiş edən Ergin daha sonra bunları deyib:
“Bilirik ki, bir neçə il əvvəl rayonumuzda və ətraf rayonlarda bir ayı qəbirlərdən meyitlərimizi götürüb yeyib. Ona görə də qalanlarımızı qorumağa çalışırıq, amma bunu necə edə bilərik, necə tədbir görməliyik, bilmirik. Hətta ölülərimiz də artıq yerdə rahat uyuya bilmirlər, onları gizlədə bilmirik. Biz böyüklərimizdən həll yolu istəyirik. Qoy bizi qorusunlar”.