Şərurda yol qəzasında 1 nəfər ölüb, Türkiyə vətəndaşı xəsarət alıb 

Şərurda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosu xəbər verir ki, Şərur rayonunun Cəlilkənd kəndi ərazisində rayon sakini Hüseyn Orucovun idarə idarə etdiyi 68-BH-979 nömrə nişanlı minik maşını ilə Türkiyə Respublikasının vətəndaşı Bünyamin Erekin idarə etdiyi TIR toqquşub.
Toqquşma nəticəsində minik avtomobilinin sürücüsü Hüseyn Orucov dünyasını dəyişib, Bünyamin Erek xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.