DİN: İki gündə 7 avtomat, 30 tüfəng polisə təhvil verilib

Qanunsuz saxlanılan odlu və döyüş silahlarını, partlayıcıları könüllü təhvil verən hər bir insan vətəndaşlıq nümunəsi göstərir
Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, yanvarın 8-də 7 ədəd avtomat, 1 tapança, 3 ədəd qumbara, 1 alışdırıcı, 30 ədəd müxtəlif markalı tüfəng, 10 patron darağı və 766 ədəd müxtəlif çaplı sursat polis əməkdaşlarına könüllü təhvil verilib.

Könüllü olaraq odlu silahları təhvil verməyən şəxslərdən isə yanvarın 8-də 4 ədəd tapança, 16 ədəd müxtəlif markalı tüfəng, 5 ədəd patron darağı və 28 ədəd müxtəlif çaplı sursatı polis əməkdaşları əməliyyat tədbirləri ilə aşkarlayıblar. Hər bir fakt üzrə araşdırma aparılır.