Perinatal Mərkəzdə yanğından sonra 60 körpə təxliyə edilib

Respublika Perinatal Mərkəzində yanğın hadisəsindən sonra TƏBİB tərəfindən dərhal təxliyəyə başlanılıb və 60 körpə təxliyə edilib.
Bunu TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov deyib.
Onun sözlərinə görə, təxliyə olunanların vəziyyəti stabildir:
"Körpələr TƏBİB tabeliyindəki 6 tibb müəssisəsinə təxliyə olunub. Həmin körpələrin yanıq və tüstüdən boğulma diaqnozları yoxdur".