Bakıda 53 yaşlı qadın özəl xəstəxanada ölüb

Bakıda qadının özəl xəstəxanada ölməsi faktı araşdırılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya bildirilib ki, 21 dekabr 2023-cü il tarixdə 1971-ci il təvəllüdlü Lətafət Məmmədovanın "Mediacare" klinikasında ölməsi ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.
Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək.