Narkotiklə bağlı bəraət alan şəxsə prokurorun protesti üzrə 9 il həbs cəzası verilib

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən, məhkəmədən bəraət alan şəxs barəsində prokurorun apellyasiya protestinə baxılıb.
Sherg.az APA-ya istinadən xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsində Mehman Səmədov və Ceyhun Xanmirzəyev barəsində birinci instansiya məhkəməsinin qərarından verilən protestə baxılıb.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səmədov Mehman Səməd oğlu Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3 cü maddələri ilə bəraət alıb, Xanmirzəyev Ceyhun Əhməd oğlunun ittihamından CM-nin 234.4.1 və 237.2.1- ci maddələri xaric edilib, o, CM-nin 234.4.3 və 237.2.3- cü maddələri ilə təqsirli bilinərək 7 il azadlıqdan məhrum edilib.
Sumqayıt Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü ləğv edib. Mehman Səmədov irəli sürülən ittihamlar üzrə təqsirli bilinərək qəti olaraq 9 il Ceyhun Xanmirzəyev isə qəti olaraq 8 il həbs cəzasına məhkum edilib.