Samuxda qonşular arasında mübahisə bıçaqlanma ilə bitib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Kolayır kəndində qeydə alınıb.
1986-cı il təvəllüdlü Anar Mehdiyev bıçaq xəsarətləri ilə xəstəxanalardan birinə yerləşdirilib.
İlkin məlumata görə, onu 1992-ci il təvəllüdlü qonşusu Nəsib Qısımovun bıçaqladığı ehtimal olunur.
Faktla bağlı araşdırma başlanılıb.