Sumqayıtda mağaza və yaxınlıqdakı avtomobil yanıb

Sumqayıt şəhərində ümumi sahəsi 300 m² olan dəmir konstruksiyadan ibarət mağazanın taxta atmaları, içərisində taxta və plastmas taralara yığılan meyvə-tərəvəz məhsulları 250 m² sahədə yanıb.
FHN-dən verilən xəbərə görə, yüksək temperaturdan yaxınlıqda dayanan "Mercedes" markalı yük avtomobilinin 1 ədəd ön farası və buferi əriyib. Mağazanın və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.