Ağcabədidə qanunsuz ov edən şəxslər saxlanılıblar

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsi ərazisində qanunsuz ov edən iki nəfəri müəyyən edib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Bildirilib ki, həmin şəxslərdən bir ədəd müvafiq sənədi olmayan ov silahı və qanunsuz olaraq ovlanmış çöl quşları aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.