3 yaşlı qızına spirtli içki içdirən ana saxlanılıb

Mersində 3 yaşlı qızına spirtli içki içdirib zorakılıq etdiyi iddia edilən ana nəzarətə götürülüb. Uşaq, Ailə və Sosial Xidmətlər İl Müdirliyinə bağlı bir müəssisəyə yerləşdirilib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Mersində 3 yaşlı övladına pis rəftar etdiyi iddia edilən ana saxlanılıb.
 
Mersin Respublika Prokurorluğu bir qadının övladına spirtli içki içdirdiyi və zorakılıq etdiyi səbəbiylə müraciət əsasında istintaqa başlayıb.

Şəxsiyyəti müəyyən edilən ana Ç.M.Ö. polis qrupları tərəfindən "ailə qanunvericiliyindən irəli gələn öhdəliyi pozma" və "xəsarət" maddəsi ilə saxlanılıb.

Şübhəlinin 3 yaşındakı qızı Ailə və Sosial Xidmətlər İl Müdirliyinə bağlı bir müəssisəyə yerləşdirilib.