4 nəfərin axtarışı davam edir

İmralı adasının cənub-qərbində Bursanın Karacabey rayonu sahillərində Mərmərə dənizində batan “Batuhan A” yük gəmisinin itkin düşən 4 ekipaj üzvünün axtarışları davam edir. 

Sherg.az xəbər verir ki, İndiyədək 36 dəfə suya endirilən dalğıcların gəminin qalıqlarında itkin düşən 4 ekipaj üzvünün izinə rast gəlinməyib.