"Binadan pis iyi gəlir" davası: 7 yaralı var

İstanbulun Kağıthanə bölgəsində  “Bu bina pis qoxuyur” kəlməsinin üstünda böyük dava çıxıb. Adamın reaksiyası ilə başlayan mübahisə küçəyə sıçrayıb və 7 nəfər yaralanıb.

Sherg.az türk mediasına istinadən xəbər verir ki,  hadisə ötən gün saat 16:00 radələrində rayonun Həmidiyyə məhəlləsində baş verib.
İddialara görə, bir ailə qohumlarını ziyarətə gəlib. Binaya girən və pis qoxudan narahat olduğu iddia edilən ailə “bina necə də pis iy verir” deyə qışqırıblar. 
Bunu eşidən bina sakinləri ailəyə “bəyənmirsinizsə, binadan çıxın” deyiblər. 
Bundan sonra tərəflər arasında mübahisə yaranıb.

Mübahisə böyüyüb, söyüşlər başlayanda tərəflər bir-biri ilə dava edib. Bu zaman bina sakinlərinin qarşı tərəfdəki 17 yaşlı gəncin qaşını yaralaması ilə dava daha da böyüyüb.

Hadisə binadan çölə tökülərək davaya çevrilib. Kimin kimi vurduğu məlum olmayan hadisədə binaya gələn ailə sakinlərdən birinin uşağına hücum edib.

Çox sayda insanın yaralandığı hadisə ilə bağlı vətəndaşların xəbəri üzərinə hadisə yerinə sağlamlıq və çoxlu polis qrupları sövq edilib. Qısa müddətdə gələn polis qrupları tərəfləri çətinliklə ayırıb və 4 nəfəri saxlayıb.

Qaşı partlayan gəncə və yüngül yaralanan 6 nəfərə sağlamlıq qrupları müdaxilə edib. Tərəflərin bir-birindən şikayət etdiyi öyrənilib.