Traktorla polisdən qaçan sürücü: Vəsiqəsinin olmadığı məlum olub

 Manisanın Turqutlu rayonunda saxlanma xəbərdarlığına tabe olmayan və təqib nəticəsində yaxalanan vəsiqəsiz traktor sürücüsü saxlanılıb.
"Sherg.az" türk mediasına istinadən xəbər verir ki, Mahalda bir mühafizə nöqtəsində polis qrupları bir traktoru dayandırmaq istəyib.
Sürücü dayanmayaraq uzaqlaşdıqdan sonra polis qrupları traktorun arxasınca düşüb. Bəzən yoldan çıxan uzun təqib nəticəsində 18 yaşlı sürücü E.Ç nəzarətə alınıb.
Sürücülük vəsiqəsi olmadığı təsbit edilən E.Ç.-nin yol hərəkəti təhlükəsizliyinə təhlükə törətdiyi iddiası ilə saxlanılıb. Sürücüyə 44 min lirə inzibati cərimə kəsilib.
Bəzi vətəndaşlar polis qrupları ilə traktor arasındakı təqib anlarını cib telefonları ilə qeyd edib.