AK Partiya bələdiyyə sədr müavininə silahlı hücum - FOTO

AK Partiya Tatvan Bələdiyyə sədrinin müavini Necdət Ökmənə rayon mərkəzində silahlı basqın edilib.
Əldə edilən məlumata görə, hücum saat 12.15 radələrində Tatvan rayon mərkəzində Ahlat mikroavtobus dayanacağı yaxınlığında baş verib.

Sherg.az xəbər verir ki, bələdiyyə sədrinin müavini Necdət Ökmənin idarə etdiyi avtomobil Ahlat mikroavtobus dayanacağında iki fərqli maşın tərəfindən saxlanılıb.

İki maşından düşən şəxslər tərəfindən əvvəlcə taxta və bıçaqla hücuma məruz qalan Ökmen və maşınına daha sonra tapança ilə atəş açılıb. Silahlı hücum zamanı ayaqlarından xəsarət alan Ökmen xəsarətlərlə xəstəxanaya aparılıb. Hadisədən sonra əraziyə çoxlu sayda polis göndərilib, hücumun baş verdiyi ərazi polis tərəfindən mühasirəyə alınıb.

Polis qrupları hadisə yerində çoxlu giliz aşkar edərək, hücumla əlaqədar araşdırmalara başlayıb.

Digər tərəfdən, hücumdan sonra gəldikləri avtomobillərlə hadisə yerindən qaçan təcavüzkarların müəyyən edilərək tutulması üçün başladılan işlər davam edir. Hücum zamanı yaralanan bələdiyyə sədrinin müavini Necdət Ökmənin həyati təhlükəsi olmadığı və güllələrin ayağına dəydiyi öyrənilib.