"Ağlaya-ağlaya təqaüdə gedənlər var"
11:47 30.03.2024
Cəmiyyət
929
Deputat pensiya yaşı məsələsində bölgüyə gedilməli olduğunu diqqətə çatdırıb
Milli Məclisin dünənki iclasında pensiya yaşının azaldılması da müzakirə olunub. Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, dünyada pensiya yaşının azaldılması deyil, artırılması müzakirə edilir: "Pensiya yaşının azaldılması ilə bağlı geniş müzakirə aparılır. Dünyanın heç bir ölkəsində pensiya yaşının azaldılmasına qanunvericilik səviyyəsində baxılmır. Əksinə, pensiya yaşının yüksəldilməsi müzakirə edilir. Çünki uzun ömür artır. Hazırda Azərbaycanda 1 milyon 100 min pensiyaçı var. 6 ildən sonra pensiyaçıların sayı 1 milyon 300 min nəfərə çatacaq. 2040-cı ildə 1 milyon 600 min nəfər olacaq. Yəni insan ömrünün uzanması ilə bağlı məsələlər gedir. Biz muzdlu qaydada çalışan insanların sayını artırmalıyıq. 5 milyon 300 min iqtisadi fəal əhali var, yalnız 1 milyon 700 min nəfəri muzdlu qaydada əmək müqaviləsi bağlayıb, əməklə məşğuldur”.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, Azərbaycanda son 20 ildə 700-dən çox tibb müəssisəsi tikilərək istifadəyə verilib. Azərbaycanda tibbin səviyyəsi heç də aşağı deyil. O bildirib ki, heç bir ölkədə insanları ildə 2 dəfə pulsuz müayinədən keçirmək məsələsi yoxdur: “Amma bu, Azərbaycanda həyata keçirilir. Prezident müraciət edir ki, insanlar ildə 2 dəfə müayinədən keçsin”. Deputat pensiya yaşı məsələsində bölgüyə gedilməli olduğunu diqqətə çatdırıb: “65 yaşında heç bir müəllim təqaüdə getmək istəmir. O cümlədən səhiyyə sahəsində çalışanlar bununla razılaşmır. Xahiş edirlər ki, müddət uzadılsın. Neft şirkətində isə 65 yaşında təqaüdə göndərilən ağlaya-ağlaya gedir. Nazirlər Kabinetinin müəyyənləşdirdiyi 300-dən artıq sahəsi var ki, o sahələrdə çalışanlar erkən pensiyaya çıxa bilərlər. AMEA-da, dövlət qulluğunda çalışanlar 65 yaşda təqaüdə getmək istəmir. 65 yaşında kişi gedib bina tikə bilməz, daş qaldıra bilməz. Amma 65 yaşında kişi auditoriyaya girib mühazirə oxuya bilər”.
Deputat Sabir Rüstəmxanlı isə həmkarının fikri ilə razılaşmayıb: "Təqaüdə çıxmaq insanı işdən məhrum etmək deyil. Sadəcə, insanlar istəyir daha tez təqaüdə çıxsınlar, imkanları olsa, yenə də işləsinlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi