Cəlilabadda evdə ər və arvadın meyiti aşkarlanıb

Cəlilabadda ailə üzvlərinin meyitləri tapılıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, ər və arvadın meyiti Cəlilabad şəhərində, fərdi yaşayış evlərin birində tapılıb.
İlkin ehtimala görə onların dəm qazından ölməsi ehtimal olunur.
Hazırda hadisənin təfərrüatları və ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.