Səmada insana bənzəyən obyekt görünüb: Bu dəfə İstanbulda

Muş, Hatay, Elazığ və son olaraq Kocaelidə görünən insana bənzər obyekt bu dəfə İstanbulda görünüb. Sosial şəbəkələrdə paylaşılan görüntülərdən sonra obyektin nə olduğu ilə bağlı müzakirələr başlayıb. 

Sherg.az xəbər verir ki, son zamanlar Türkiyənin müxtəlif yerlərində görünən hava obyektləri sosial mediada maraq oyatmaqda davam edir. Muşun Varto rayonunun Küçüktəpə kəndində ilk dəfə şənbə günü, aprelin 27-də bir vətəndaş tərəfindən görünən obyekt günlər sonra İstanbulda peyda olub.

Türkiyənin bir çox şəhərində görünən obyekt növbəti dəfə “kostyumlu adam” obrazı ilə müqayisə edilib. Obyektin nə olduğu barədə dəqiq məlumat olmasa da, səmada görünən obyekt izləyənləri təəccübləndirib.

İnsan şəklində obyekti


Muşda obyekti görən şəxslərdən çoban Murat Koç obyektin hərəkətdə olduğunu və insan şəklinə oxşadığını bildirərək bunları deyib:

 “Axşam saat 17:00 radələrində heyvanlarımı otararkən qəfildən havada bir cisim peyda oldu. Obyekti görən kimi bir az həyəcanlandım. Bu obyektin videosunu çəkdim ki, insanlar görsünlər. Mən təxminən bir dəqiqə havada olan obyekti izləyə bildim. İstəyirəm ki, bu obyekt araşdırılsın".