Gəlin soyundu və toy ləğv edildi! Qayınananın sözləri məclisi qarışdırdı

Toyun ortasında qayınanasının onu və ailəsini aşağılayan sözlərini eşidən gəlin dərhal toyu ləğv etmək qərarına gəlib.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, qonaqlar şoka düşüb, gənc qadın gəlinliyini çıxararaq səhnədən enərək məkanı tərk edib.

Çinin Jiangsu əyalətində baş verən hadisəyə görə, bəyin anasının bəzi sözləri gəlini və ailəsini, eləcə də qonaqları heyrətə saldıqdan sonra gəlin toyu ləğv etmək qərarına gəlib.

Yerli mətbuatda yer alan xəbərlərə görə, səhnədə keçirilən mərasim zamanı bəyin anası oğlunun yaxşılığını və gözəlliyini təsvir edərək onu tərifləməyə başlayıb. O, oğlunun “qeyri-adi qabiliyyətlərə” malik olduğunu, hətta cehizsiz evləndiyini fəxrlə bildirib.

Hamının gözü qarşısında bunları dinləyən gəlin və ailəsi pərişan olub. Gəlin qayınanasının cehizlə bağlı dediklərini həm özünü, həm də ailəsini təhqir kimi qiymətləndirib.

Gənc qadın bəyin və ailəsinin maddi vəziyyətini düşündüyü üçün cehiz tələb etmədiyini, özünün və ailəsinin dəyərinin və fədakarlığının bilinmədiyini deyərək dərhal toyu ləğv etmək qərarına gəldiyini bildirib. Daha sonra gəlinlik paltarını çıxararaq səhnədən düşüb.

Hadisə sosial aləmdə evlilik ənənələri ilə bağlı müzakirələrə də səbəb olub. Bir çox sosial şəbəkə istifadəçisi gəlinin qərarını dəstəkləyib və onun hüquqlarını cəsarətlə müdafiə etməsinin tərifə layiq olduğunu yazıb. Bəzi istifadəçilər bəyin anasını nalayiq sözlərinə görə qınayıb və onun özü qadın olmasına baxmayaraq gəlininə hörmət və anlayış göstərmədiyini vurğulayıblar.