Reper canlı yayım zamanı özünü öldürüb

17 yaşında olan məşhur amerikalı reper Hunço sosial şəbəkədə canlı yayım edərkən başına atəş açıb. Rylo Hunçonun dünyasını dəyişdiyi öyrənilib.

Sherg.az xəbər verir ki, ABŞ-ın Virciniya ştatının Suffolk şəhərində yaşayan Rylo Hunçonun dəhşətli ölümü sosial mediada gündəm mövzusuna çevrilib. O, əlindəki silahla İnstaqramda hekayə hazırlayarkən təsadüfən başına atəş açıb. Huncho dərhal ölüb.

Kədərli hadisə bir çox insan tərəfindən paylaşılıb.