73 yaşlı arvadını yatarkən öldürüb, POİSƏ ÖZÜ TƏSLİM OLDU

Ərzurumda 71 yaşlı kişi gecə mübahisə etdiyi 73 yaşlı arvadını səhər yatarkən yatağında güllələyərək öldürərək polisə təslim olub. Prostat vəzi xərçəngi aşkarlanan qoca ilə həyat yoldaşı arasında ciddi fikir ayrılığı olduğu iddia edilib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Ərzurumun Palandöken rayonunda bir şəxs evdə arvadını tapança ilə öldürərək polis qruplarına təslim olub.

Hadisə səhər saatlarında Əbdürrəhman Qazi Məhəlləsində Şenol Evlər A Blokunda baş verib.

Təxminən 2 ildir aralarında şiddətli münaqişə yaşadığı iddia edilən 3 uşaqlı cütlük Hangül və Halil Ciğerli tək yaşadıqları evdə gecə vaxtı mübahisə etdikdən sonra yuxuya gediblər. 


Səhər saatlarında Halil Ciğerli evdən silahı götürərək həyat yoldaşının yatdığı otağa gedib. Arvadının başına iki dəfə atəş açaraq öldürən Ciğerli bir müddət gözləyərək çölə çıxıb.

Ciğerli mobil telefonu ilə polisə zəng edərək həyat yoldaşını öldürdüyünü və təslim olmaq istədiyini bildirib.

Ünvana gələn polis qruplarına evini göstərən və təslim olan Ciğerli nəzarətə alıb. Evə girən polis və sağlamlıq qrupları Hangül Ciğerlinin cansız bədəni ilə qarşılaşıb.

Hadisə yerinin araşdırılmasından sonra Hangül Ciğerlinin cəsədi morqa aparılıb. Hadisəni eşidən cütlüyün yaxınları sarsılıb.

Prostat vəzi xərçəngi olan Halil Ciğerli səhhəti yoxlanıldıqdan sonra dindirilmək üçün Polis İdarəsinə aparılıb.