Laçına gedən hər diplomat vəziyyəti gördü - RƏY
14:30 24.05.2024
Gündəm
515
Azərbaycan ermənilərin xarabazarlığa çevirdiyi torpaqları dirçəltməkdədir
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri - səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların təmsilçilərinin mayın 24-də Laçın İqlim Fəaliyyəti Dialoqu çərçivəsində şəhərə səfəri başa çatıb.
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Zerti Aqro-Sənaye Parkında olublar.
Diplomatlara Zerti Aqro-Sənaye Parkındakı heyvanlar, yem istehsalı, həmçinin göyərti və pomidor becərilməsi üçün konteyner tipli təsərrüfatlar barədə məlumatlar verilib.
Qeyd edilib ki, burada fəaliyyət göstərən bütün müəssisələr ən müasir texnologiyalarla təchiz olunub. Laçınlılar xaricdən dəvət edilmiş mütəxəssislərdən dərs alaraq həm işlə təmin olunur, həm də peşəkar vərdişlərə yiyələnirlər.
Sonra diplomatik korpusun nümayəndələri “Hoçazfilm” studiyasına gəliblər. Məlumat verilib ki, çoxşaxəli yaradıcılıq məkanı olan “Hoçazfilm”in fəaliyyət istiqamətləri çox genişdir. Bu istiqamətlərə Qarabağ regionunun genişmiqyaslı təbliğatı ilə bağlı layihələrin həyata keçirilməsi, bölgədə keçiriləcək mədəni-kütləvi tədbirlərin işıqlandırılması, Laçında yenidənqurma işlərinin, regionun milli brendlərinin və yerli məhsulların təşviqi, kinoteatr və yaradıcı ittifaqla əməkdaşlıq, gənclər üçün yay məktəbləri, yaradıcılıq atelyeləri, kinematoqrafiya, rəsm kursları və müsabiqələrinin təşkili daxildir.
Diplomatlar Qarabağ və Şərqi Zəngəzur ərazisində ekosistemin bərpasına töhfə vermək məqsədilə Həkəri çayının Laçın rayonu ərazisindən keçən hissəsinə forel balıqlarının buraxılması prosesini də izləyiblər.
Sonra 28 May – Müstəqillik Gününə həsr olunan “Xalça belə yarandı” sərgisinin açılışı olub. Sərgidə milli xalçalarla yanaşı, müxtəlif dizaynlarda hazırlanmış sənət nümunələri də nümayiş etdirilib.
Azərbaycanda akkreditə olunan diplomatik korpus təmsilçilərinin Laçına səfəri başa çatıb.
Politoloq Qabil Hüseynli "Şherg.az"a bildirib ki, sözügedən səfər çox əhəmiyyətlidir:
“Çünki indiyə qədər Azərbaycanın Qarabağ zərəfindən danışmağı sevməyən, Şuşaya getməyi özünə ar bilən bəzi diplomatik korpusun başçıları səfərdə iştirak etdilər. Burada xüsusilə Fransanı qeyd etmək lazımdır. Onlar erməni vandalizminin həmin torpaqlarda açdığı yaraları öz gözləriylə gördülər. Fransız səfiri kimi təcavüzkarın kim olduğuna şübhə edənlər hər şeyi bildilər. Ermənilər 1 000 000-dan çox azərbaycanlıya zülm ediblər. Bu insanlar hələ doğma torpaqlarına hissə-hissə qayıdırlar. Çünki həmin ərazilərdə onlar üçün normal şərait yaratmaq lazımdır. Bunun üçün isə böyük vəsaitlər tələb olunur. Törətdikləri vəhşilik bəs deyilmiş kimi hələ də sərhəddə atışma aparan Ermənistan bir daha sübut edir ki, erməni xalqı öz alçaq şakərdindən heç vaxt əl çəkməyəcək. Diplomatik korpusun nümayəndələri həmin bölgələrdə görülən işlərdən təəccüblənməlidirlər. Müharibədən 3 il müddət keçməsinə baxmayaraq artıq Laçında yaşayış var və müasir tipli binalar tikilib. Eyni zamanda, infrastruktur və yol layihələri yüksək səviyyədə həyata keçirilib. Göygöldən Kəlbəcərə çəkilən yolda qayalar yarılaraq 30 km-dən çox ikitərəfli tunel çəkilir. Laçına gedən şəxs anlamalıdır ki, orada zamanında canlı həyat olub. Həmin abad bölgəni isə ermənilər xarabazarlığa çevirib. Bu ərazilərdə yenidənqurma işləri üçün yüksək maliyyə vəsaiti lazımdır.
Bu reallığı görmədən sülh müqaviləsi ətrəfında danışanların fikirləri insanı dəhşətə gətirir. Həmin insanların ölkəsində daşı daş üstünə qoymasa idilər, onlar necə reaksiya verərdilər?
30 minə yaxın qaçqınımız vaxtsız həyatlarını itiriblər. Fransa səfiri əvvəl Laçına gəlsə idi, gördüklərindən dəhşətə gələrdi. Azərbaycan isə Ermənistanın bir qarış torpağına belə əl uzatmayıb. Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal etmiş, həmin ərazinin daşına qədər aparmışlar. Bu tarixdə misli olmayan vandal hərəkətlərdir. Azərbaycan torpaqlarına dəyən ziyanla bağlı təzminat məsələsi belə qaldırmayıb. Ermənilər Azərbaycanın allı-güllü torpaqlarını quru çöllüyə döndərib. Kəlbəcərdə dünyanın nadir incisi olan Palıd meşəsi var idi. Zəngilanda Çinar meşəsi mövcud olub. İndi isə həmin meşələr yoxdur. Ermənilər təkcə insanlara yox, qoca təbiətə də divan tutublar. Fauna və floranı tamamilə məhv ediblər. Eyni zamanda, Azərbaycan hazırda ermənilərin basdırdığı minalarla mübarizə aparır. Diplomatik korpusun nümayəndələri bu məqamlara böyük diqqət yetirməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropada yanacağın bahalaşmasına qarşı etirazlar başlayıb
19:49 25.09.2026
Dünya
Sumqayıtda 41 yaşlı kişi üçüncü mərtəbədən yıxılaraq ölüb
19:42 25.09.2026
Hadisə
Tramp noyabrda Çində keçiriləcək APEC sammitində iştirak edəcək
19:40 25.09.2026
Dünya
Ermənistan bir geosiyasi mərkəzdən digərinə keçmir - ŞƏRH
19:35 25.09.2026
Gündəm
Səhər yeməyinin vaxtı ömür uzunluğuna təsir edir - Araşdırma
19:21 25.09.2026
Sağlamlıq
İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
19:00 25.09.2026
Rəsmi
145 nömrəli məktəbdə Anım Günü ilə bağlı tədbir keçirilib
18:54 25.09.2026
Elm və Təhsil
Bakı metrosunda kişi qatar yoluna tullandı
18:42 25.09.2026
Hadisə
Əfv qərarlarında əsas meyar say deyil
18:40 25.09.2026
Aktual
Rusiya “McDonald’s”ı da vurdu
18:00 25.09.2026
Dünya
Türkiyənin İsrail xalqına düşmənçiliyi yoxdur - Ərdoğan
17:57 25.09.2026
Gündəm
Sentyabrın müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
17:37 25.09.2026
Sosial
Qırğızıstanda prezident seçkiləri ilə əlaqədar qadağalar qoyuldu
17:11 25.09.2026
Dünya