Ata vəhşiliyi: 3 uşağını öldürdü

Bursada rəssam Murat Kılıç 3 uşağını evinin zirzəmisində öldürüb. 

Sherg.az xəbər verir ki, hadisə saat 15:00 radələrində Nilüfer rayonu Çamlıca rayonu Bağlar küçəsində yerləşən 4 mərtəbəli yaşayış binasının zirzəmisində baş verib.

Rəssamlıqla dolanan Murat Kılıçın həyat yoldaşı, Gülay Kılıç ötən il 3 övladını qoyub evi tərk edib.

Zirzəmidə yaşayan Murat Kılıç qızları Zeynep və Aslını bıçaqlayaraq, oğlu Muhammet Ali Kılıçı isə boğaraq öldürüb.

Murat Kılıç daha sonra Bursa İl Təhlükəsizlik Müdirliyinin əlavə xidmət binasına gedərək "Üç uşağımı öldürdüm" - deyib. 

Qısa müddətdə göstərilən ünvana gedən polis qrupları, 3 talehsiz uşağın cansız bədənləri ilə qarşılaşıb.



Respublika prokurorunun araşdırmasından sonra cəsədlər yarılma üçün Bursa Ədliyyə Tibb Təşkilatı Morquna aparılıb.

Murat Kılıç polisə verdiyi ifadəsində "Həyat yoldaşım məni tərk etdikdən sonra bir müddət tək yaşadım. Bir ay əvvəl Ərzuruma getdim və uşaqlarımı götürüb Bursaya qayıtdım. Bəzi günlər uşaqlarımı Yavuz Səlim məhəlləsində yaşayan anamın yanına qoyub gedirəm. Çərşənbə axşamı günü uşaqlarımı anamın yanından aldım. Evimizdə smitlə nahar edirdik.Birdən masanın üstündəki bıçağı görəndə mənə nəsə oldu. Sonra qızlarımı bıçaqlayaraq öldürdüm. Oğlumu isə boğdum. Özümə qəsd edəcəkdim bunu bacara bilmədim. Sonra polisə getdim və təslim olmaq qərarına gəldim. Elə də etdim”- deyə bildirib.