Dolu ilə birlikdə yağdı! Əriməyən cismin sirri çözülüb - FOTOLAR

Türkiyənin Muş bölgəsində dolu ilə birlikdə  yağan, lakin əriməyən dairəvi cisimlərin sirri açılıb. Laboratoriyada aparılan ekspertizadan məlum olub ki, bu material polietilen, yəni plastikdir. Obyektin hava axını ilə atmosferə qarışdığı müəyyən edilib.

Sherg.az xəbər verir ki, Muşda güclü dolu zamanı yerə düşən və əriməyən cisimlər bir çox vətəndaşın marağına səbəb olub.

Dolu daşlarının arasından tapılan və adi dolu daşlarından fərqli olan bu cisimlər toplandıqdan sonra müayinə üçün laboratoriyalara göndərilib.

 İlk analizlər nəticəsində həmin cisimin kimyəvi tərkibi və strukturları müəyyən edilib. Hadisənin təbii meteoroloji hadisə ilə bağlı olmadığı müəyyən olunub.

Mütəxəssislər bunun atmosfer şəraiti ilə daşınan sənaye tullantılarının dolu zamanı yerə enməsi ilə bağlı ola biləcəyini bildiriblər.


MAUN Fəlakət İdarəetmə Tətbiq və Araşdırma Mərkəzinin direktoru İskender Dölek, aparılan müayinələr nəticəsində bu maddənin polietilen olduğunu bildirib: “Keyfiyyəti və tərkibi bilinməyən ağ maddə 3 gün əvvəl Muşda yağan dolu ilə birlikdə üzə çıxdı, küçələri və zolaqları bəzədi və ictimaiyyət arasında narahatlıq yaradıb, MAUN laboratoriyalarında aparılan müayinə ilə materialın mənşəyi müəyyən edilib. Bunun poliuretan material olduğu ortaya çıxıb.


 
Plastik xammal kimi istifadə olunduğunu deyə bilərik. Ehtimal ki, ərazidə və ya yaxınlıqda bu  materialdan istifadə olunub və hava axınları ilə atmosferə qarışıb. Hava axınları da onu yerləşdiyi yerdən kilometrlərlə uzaqlaşdırıb.


 
Keçmişdə də tapıldığı yerdən kilometrlərlə uzağa daşınan materiallar, hətta xalq arasında “torpaq yağdı, palçıq yağdı və ya göydən qurbağa yağdı” kimi ifadə edilən hadisələr belə eyni xüsusiyyəti göstərir. Ən azından demək olar ki, narahat olacaq bir şey yoxdur".



Laboratoriyada etdiyi ilk analizləri  izah edən Dos. Dr. Adem Qorxmaz, "Bu yaxınlarda yağan dolu zamanı bəzi cisimlərin düşməsi ilə bağlı apardığımız ilk araşdırmalarda onların plastik olduğu göründü. İrəlidə aparacağımız  texniki analiz və daha ətraflı araşdırma ilə onları tam olaraq müəyyən etmək olar" deyib.