Dəhşətli hadisə! Muhammet Emini atəşə tutublar

Qatillər  17 yaşlı gəncin cəsədini Xocalı məhəlləsindəki zeytun bağına ataraq qaçıblar

Adanada 17 yaşlı gənc 3 min 500 TL alacağını istədiyi üçün öldürülüb. Hadisədə iştirak edən 3 nəfər məhkəmə tərəfindən həbs edilib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, hadisə mayın 28-də Sarıçam rayonu, Hekim Köy bulvarında baş verib. İddiaya görə, Muhammet Emin Beyazqeyik (17) 3 min 500 TL borc verdiyi Ulaş Göl (23), Ali Kılıç (23) və Erkan Ağuş (21) ilə görüşüb. Muhammet Emin  bu adamların maşınına minib.

 Pulunu almaq istəyən Beyazdeyiklə həmin şəxslər arasında mübahisə düşüb. Mübahisə zamanı Erkan Ağuş avtomobilin içərisində olan Beyazqeyikə tapança ilə bir neçə dəfə atəş açıb.  2 dəfə qarın nahiyəsindən, 1 ayağından, 4 dəfə sinəsindən atəş yarası alan gənc adam avtomobilin içərisindəcə dünyasını dəyişib. Şübhəlilər uşağın cəsədini hadisənin baş verdiyi yerdən 20 kilometr uzaqlıqdakı Sarıçam rayonunun Xocalı məhəlləsindəki zeytun bağına ataraq qaçıblar.


Xəbər üzərinə Asayiş Şöbə Müdirliyinə bağlı Cinayət Bürosu qrupları bölgədəki təhlükəsizlik kameralarını və KGYS görüntülərini izləyib və cəsədin atıldığı yeri təyin ediblər. Daha sonra Muhammet Emin Beyazgeyikin cəsədi tapılıb. Aparılan işlər nəticəsində polis Ulaş Göl (23), Əli Kılıç (23) və Erkan Ağuşu (21) keçirdiyi əməliyyatla yaxalayıb.

Polis bölməsindəki əməliyyatlardan sonra ədliyyəyə sövq edilən 3 şübhəli həbs edilib.