Agentlik: Xırdalanda su xəttində baş verən qəza aradan qaldırılır

Xırdalan şəhərində su xəttində qəza baş verən əraziyə dərhal qəza briqadası göndərilib.

Bu barədə "APA-Economics"ə Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.

"Xəttə suyun verilməsi davam etdirilib. Artıq orada təmir aparılır. Təqribən 1 saata təmir işləri yekunlaşacaq", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, bu gün müxtəlif media qurumlarında Xırdalanada 28-ci məhəllə adlanan ərazidə su borusunun partlaması barədə xəbərlər yayılıb.