Naftalanda kişi nərdivandan yıxılaraq ölüb

Naftalanda 61 yaşlı kişi binanın nərdivanından yıxılaraq ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin İ.Həsənzadə küçəsində qeydə alınıb.

Naftalan şəhər sakini, 1963-cü il təvəllüdlü Nazir İsmayılovun bədbəxt hadisə nəticəsində ölüm faktı ilə bağlı araşdırma aparılır.