Cəlal Doğan xəstəxanaya yerləşdirilib

Qaziantep Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Cəlal Doğan Muğla Bodrum xəstəxanasına yerləşdirilib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Cəlal Doğan qaldığı oteldə naməlum səbəbdən xəstələnib. İlkin yardımı burada edilən Doğan təcili yardımla rayondakı özəl xəstəxanaya aparılıb. Doğanın huşunun yerində olduğu və ümumi səhhətinin yaxşı olduğu öyrənilib.

Üç dövr millət vəkili, üç müddət də Qaziantep Böyükşəhər Bələdiyyə başçısı vəzifələrində çalışan Cəlal Doğan 1993-2006-cı illərdə Qaziantepspor Klubunun prezidenti vəzifəsini də icra edib.