Şərurda 7 yaşlı uşaq boğularaq ölüb

Şərur rayonunda 7 yaşlı uşaq boğularaq ölüb.

“Sherg.az" APA-nın Naxçıvan bürosuna istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Yaycı kəndində baş verib.

Belə ki, kənd sakini, 2017-ci il təvəllüdlü Fərzəliyev ibrahim Nofəl oğlu ehtiyatsızlıqdan hovuzda boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.