
Azərbaycan ŞƏT-ə doğru irəliləyir - ŞƏRH
09:20 07.07.2024
Siyasət
444
"Hər şey nizam üzrə gedir"
“Azərbaycanın qazandığı tarixi Zəfər regionda yeni reallıqlar yaradıb.
30 il ərzində işğal faktına "dözüm nümayiş etdirən", Ermənistanın tərəfindən çıxış edən qüvvələr tarixi Zəfərdən sonra ölkəmizlə hesablaşmağa məcbur oldular”. Bu sözləri “Sherg.az"a açıqlamasında siyasi şərhçi Azər Niftiyev deyib.

Onun sözlərinə görə, Azərbaycana və sarsılmaz liderimiz İlham Əliyevin şəxsinə olan diqqətin hər ötən gün artması Azərbaycanın düz yolda olduğunu təsdiq edir:
“Milli maraqlara söykənən çoxvektorlu, ardıcıl və praqmatik siyasət bundan sonra da davam edəcək. Həyata keçirilən çoxvektorlu hərbi, iqtisadi, siyasi uğurlar, ölkəmizin strateji coğrafi mövqeyi, xalqın birmənalı dəstəyi ölkəmizin qarşısında çox geniş imkan və üfiqlər açır. Məhz bu siyasət beynəlxalq münasibətlər sistemində çəkişmələrin artdığı bir şəraitdə Azərbaycanı dünyanın mühüm dövlətləri sırasına daxil edib. Dünyanın strateji nəqliyyat və tranzit qovşağına çevirib. ŞƏT-in (Şanxay Əməkdaşlıq Təşkilatı) Zirvə görüşü əsnasında Qazaxıstan Prezidentinin Azərbaycanın quruma tamhüquqlu üzv ola biləcəyinin anonsunu verməsi, Zirvə görüşü çərçivəsində Azərbaycan və Çin arasında strateji əməkdaşlığa dair Bəyannamə imzalaması, qaşılıqlı əməkdaşlıq sazişində mühüm məqamların yer alması diplomatik miqyasdakı yeni və növbəti parlaq qələbimizin təntənəsidir. İlham Əliyevin "ŞƏT +" formatında baş tutan görüş zamanı söylədiyi fikirlər, Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti, Orta Dəhlizin rəqəmsallaşması, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının potensialı, COP29 konfransı və digər vacib xüsuslarda mövqeyi mühüm mesajlardır.
Astana sammitində Prezident İlham Əliyevin dünya liderləri ilə keçirdiyi görüşlər, qəbul olunan qərarlar ölkəmizin dünya miqyasında əhəmiyyətini daha da artırır. Hər şey nizam üzrə gedir və Prezident Əliyev tərəfindən bəyan edilən bütün aspektlər üzrə tarixi nailiyyətlərə şahidlik etməkdəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Döşəyin altına üç dəfnə yarpağı qoyun- Qədim üsulun sirri
05:25 22.09.2026
Maraqlı
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual