5 yaşlı uşağa it hücumu: Vəziyyəti ağırdır

İyulun 5-də saat 15:00 radələrində Adananın Seyhan mahalının Meydan rayonunda dostları ilə küçədə oynayan Suriya əsilli Abbas Haşmet sahibsiz itin hücumuna məruz qalıb.


Sherg.az türk mediasına istinadən xəbər verir ki, ayağından yaralanan Haşmət yerə yıxılıb. Haşmətin dostları xəbər vermək üçün ailəsinin yanına qaçıblar.

Bu vaxt yerdə uzanan Haşmətə daha 5 sahibsiz it hücum edib. Abbas Haşmətin qohumları gəlib itləri uzaqlaşdırıblar.

Qanlar içində olan və huşunu itirən Abbas Haşmət xəbər üzərinə hadisə yerinə gələn sağlamlıq qrupları tərəfindən 5 Ocak dövlət xəstəxanasına aparılıb.

Burada müalicə altına  alan Haşmət əvvəlcə Yüreğir dövlət xəstəxanasına, daha sonra müalicəsinin davam etdirilməsi üçün Adana Şəhər Təhsil və Araşdırma xəstəxanasına aparılıb.

Abbas Haşmətin vəziyyətinin ağır olduğu bildirilib.