Sumqayıtda qazdan zəhərlənən xəstələrin vəziyyəti açıqlanıb

Sumqayıtda qazdan zəhərlənən xəstələrin vəziyyəti açıqlanıb.
“Sherg.az” xəbər verir ki, iyulun 8-i saat 18:20 radələrində 3 nəfər (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
Təvəllüdləri 1989-cu il (2 nəfər olmaqla) və 1992-ci il olan pasiyentlərə naməlum qazların toksiki təsiri diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.