
Ermənistan sülh sazişini imzalayacaq - AÇIQLAMA
08:56 09.07.2024
Gündəm
604
İrəvan Zəngəzur dəhlizinin mühafizəsindən başqa heç nəyə etirazını bildirmir
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla sülh sazişinin imzalanmasından danışıb. XİN rəhbəri vurğulayıb ki, XİN rəhbəri Ermənistanla münasibətlərin normallaşması prosesinin hazırkı vəziyyəti barədə də danışıb. Mütəmadi olaraq Ermənistanla sülh gündəliyinin prioritetləri barədə ictimaiyyətə məlumat verilir. Dünya ictimaiyyəti bilir ki, işğal faktı aradan qaldırılıb.
2021-ci ilin yanvarında Prezident İlham Əliyev açıq çıxış edərək sülh gündəliyini Ermənistana təklif etdi. Sülh müqaviləsinin müzakirəsi üzrə açıq sualların sayı xeyli azalıb. Təəssüf ki, Ermənistan konstitusiyasında Azərbaycana ərazi iddiası qalmaqdadır. Sülhə tam nail olunması üçün bu amil aradan qaldırılmalıdır”. Nazir qeyd edib ki, qarşıda hədəflər çoxdur. Ölkəmizin suverenliyinə qarşı təhdidlərin aradan qaldırılması əsas prioritetdir. Onun sözlərinə görə, həm ikitərəfli, həm də çoxtərəfli platformalarda Azərbaycanın milli maraqlarına cavab verən siyasət təmin edilir.
Politoloq Məhəmməd Əsədullazadə Sherg.az deyib ki, əgər Ermənistan tərəfi sülh sazişini imzalamaq istəyirsə, mövcud konstitusiyasında və qanunvericilik aktlarında ərazi iddialarını aradan qaldırmalıdır. Ekspertin sözlərinə görə, ondan sonra yekun və qalıcı sülh müqaviləsinin imzalanması mümkündür:

"Sülh sazişinin mətni hazırdır. Əksər məqamlar razılaşdırılıb, həmçinin sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı proses davam etməkdədir. Məncə, Azərbaycanın təklif etdiyi və sülh mətnində yer alan prinsiplər əsas alınmaqla sülhün çərçivə sənədi noyabr ayınadək imzalana bilər. Lakin istənilən halda, sülh müqaviləsinin bağlanması Ermənistan konustitusiya dəyişikliklərindən sonra mümkündür. Tərəflər arasında mühüm razılaşmaların olduğu həm Bakı, həm də İrəvan tərəfindən vurğulanır. Digər məsələlərlə bağlı da anlaşmaların olması ehtimalı yüksəkdir. Zəngəzur dəhlizinin açılması ilə bağlı da müzakirələr davam edir və İrəvan yolun mühafizəsindən başqa heç nəyə etirazını bildirmir. O baxımdan qarşıdakı aylarda həm sülh sazişinin imzalanması, həm də digər məsələlərlə bağlı irəliləyiş mümkün görünür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual