
İran Qərbin hədəfində olan əsas aktorlardandır - TƏHLİL
10:16 09.07.2024
Gündəm
593
"Pezeşkiyan bütün bunları nəzərə alaraq Azərbaycan və Türkiyə ilə münasibətlərdə müəyyən müsbət addımlar atacaq”
Biz İranda yeni Prezident fəaliyyətə başladıqdan sonra münasibətlərin daha da inkişaf etdiriləcəyini gözləyirik.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
"İranda yeni Prezident seçildi, Azərbaycan Prezidenti bu münasibətlə öz təbrikini çatdırdı. Biz bundan öncə Azərbaycan və İran arasında razılaşdırılmış layihələrin icrasında maraqlıyıq", - deyə nazir qeyd edib.
Nazir söyləyib ki, Azərbaycan İranla münasibətlərin inkişafında maraqlıdır: "İran bizim böyük qonşumuzdur, xalqlarımızın tarixi əlaqələri var. Bizim birgə gələcəyə baxış proqramımız var. İnanırıq ki, münasibətlər daha da inkişaf edəcək".
Bayramovun fikirlərini “Sherg.az”a dəyərləndirən siyasi şərhçi, "Report" İA-nın əməkdaşı Kənan Novruzov söyləyib ki, bəzi analitiklərin fikrincə, İranda Pezeşkiyanın seçkilərdə qalib gəlməsi Azərbaycanla münasibətlərdə müsbət dinamikaya səbəb ola bilər:
“İranda isə formalaşan sistem mövcuddur. Ona görə də konkret formada müsbət addımların olmasını gözləmək çətindir. Amma həqiqətən də Pezeşkiyanın azərbaycanlı olması proseslərin müsbətə doğru inkişafında rol oynaya bilər. Mərhum İbrahim Rəisi qatı radikal idi. Amma Pezeşkiyan daha loyal siyasətçidir. Digər tərəfdən isə İbrahim Rəisinin dövründə həm İran daxilində mərkəzi hakimiyyətə qarşı problemlər oldu, həm də Tehrana xarici təsirlər artdı. Hazırda İran Qərbin hədəfində olan əsas aktorlardandır. Xüsusilə də İranın Rusiyaya dəstəyi Qərbin rəsmi Tehrana təzyiqlərini gücləndirir. Düşünürəm ki, Pezeşkiyan bütün bunları nəzərə alaraq Azərbaycan və Türkiyə ilə münasibətlərdə müəyyən müsbət addımlar atacaq”.

Ekspert qeyd edib ki, İbrahim Rəisi helikopter qəzasında həlak olmadan öncə Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşmüşdü:
“Həmin görüş zamanı iki ölkə arasında müəyyən razılaşmaların olduğu vurğulanmışdı. Pezeşkiyanın yenidən həmin razılaşmalara baxması mümkündür. Pezeşkiyanın həmin razılaşmaları icra edə bilər. Amma əksinə olaraq İbrahim Rəisidən ideoloji cəhətdən fərqlənmək üçün həmin razılaşmalardan imtina etməsi də mümkündür. Razılaşmalardan imtina olunması Azərbaycanla münasibətlərdə müsbət dinamikaya gəlinməyəcəyi anlamına gəlmir. İlham Əliyev Pezeşkiyanı Azərbaycana dəvət edib. Səfər çərçivəsində sözügedən məsələlərin müzakirə olunması gözləniləndir. Eyni zamanda, İranla münasibətlərin normallaşdırılması geosiyasi reallıqdan və Azərbaycanın mövqeyindən asılıdır”.
Xatırladaq ki, iyulun 5-də İranda dövlət başçısı İbrahim Rəisinin ölümündən sonra təyin edilmiş növbədənkənar prezident seçkilərinin ikinci turu keçirilib. İslahatçılar qanadının namizədi, keçmiş səhiyyə naziri Məsud Pezeşkian ümumi səslərin 53,6 %-ni toplayaraq qalib gəlib. Mühafizəkar Səid Cəlili 44,3 % səs toplayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual