Gənələrə qarşı yeni peyvənd: Ölümcül qızdırmanın çarəsi tapıldı
Yusif Sultanoğlu
05:35 10.07.2024
Sağlamlıq
653
Türkiyədə Krım-Kongo Qanamalı Qızdırma xəstəliyinə qarşı peyvəndin istehsalında dünyada ilk dəfə olaraq Faza-1 mərhələsi yekunlaşaraq Faza-2 mərhələsinə keçilib.
“Sherg.az”“NTV.com.tr”yə istinadən xəbər verir ki, “Türkovac” vaksininin müəllifi olan Erciyes Universiteti indi də Krım-Kongo Qanamalı Qızdırma xəstəliyinə qarşı peyvəndin istehsalında daha bir uğura imza atıb. Erciyes Universiteti nəzdində çalışmalarına davam edən və “Türkovac” vaksininin müəllifi professor doktor Aykut Özdarəndəlinin rəhbərliyi altında Peyvənd Araşdırmaları Mərkəzində tədqiqatlar fasiləsiz davam etdirilir. Tədqiqatların davam etməsi üçün professor doktor Fatih Altun Peyvənd Araşdırma və Tədqiqat İnstitutunun təsis edildiyini bildirib. Məlumdur ki, havaların istiləşməsi temperaturun yüksək olduğu bəzi bölgələrdə gənə sancmalarının sayını da artırıb və bu səbəbdən ölüm halları da yaşana bilir. Gənə sancmaları Krım-Kongo Qanamalı Qızdırma xəstəliyinə səbəb olur. Rektor qeyd edib ki, gənə sancmalarına qarşı peyvəndin hazırlanmasında mühüm irəliləyişlər əldə edilib. Yaxın zamanda yeni vaksin dünyaya elan ediləcək və bəşəriyyətin istifadəsinə veriləcək. Vaksin üzərində işlər demək olar ki, tamamlanmaq üzrədir. Faza-2 mərhələsi başa çatdıqdan sonra vaksinin faydası, təsiri könüllülər üzərində test ediləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual