Final həyəcanını izləyərkən infarkt keçirdi - FOTO

Bursansanın mərkəzi Osmanqazi mahalının Kayhan səmtində Avropa Futbol Çempionatının final matçını izləmək üçün nəqliyyat ofisində qalan 64 yaşlı Məsut Özmer matçı izləyərkən qəfildən halı pisləşib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, qonşuları yanından keçərkən yıxılan adamın hərəkətsiz olduğunu görüb dərhal içəri keçib.  Özmer üçün təcili yardım çağırılıb.

Hadisə yerinə gələn sağlamlıq qrupları Özmerin öldüyünü müəyyən edib.

İlkin təsbitlərə görə infarkt keçirdiyi ehtimal edilən Məsut Özmerin cəsədi Ədliyyə Tibb Morquna aparılıb, polis hadisə ilə bağlı araşdırma başlayıb.