İlanlar evləri basdı! Şəhərdə böyük panika

Hatayda evə girən ilan çaxnaşmaya səbəb olub, həmin anlar cib telefonunun kamerasına əks olunub. Diyarbəkirdə yolun ortasında təxminən 2 metr uzunluğunda ilanlar görünüb.

Sherg.az xəbər verir ki, yay aylarının gəlişi ilə havanın temperaturunun 45 dərəcəni keçdiyi Hatayda ilanlar sərinləmək üçün yer axtarır. Bəzi ilanlar vətəndaşların evlərinə və ya bağlarına girərək insanlarla qarşılaşır.

Dörtyol rayonunun Karakese məhəlləsində ilan evə girib. Evin bayır qapısına çıxan ilan panika yaradıb, həmin anlar mobil telefonun kamerasına əks olunub. İlan bir müddət sonra vətəndaşlar tərəfindən tutularaq evdən uzaq bir yerə buraxılıb.

Kayapınar rayonunun Talaytəpə rayonunda yolun ortasında isə təxminən 2 metr uzunluğunda iki qara ilan görünüb. Vətəndaş tərəfindən mobil telefonla çəkilən ilanlar bir müddət sonra yoxa çıxıb.