13 yaşlı oğlunu motosikletə bağlayıb və metrlərlə qaçmağa məcbur etdi

Adananın Yüreğir rayonunun Pekmezli məhəlləsində əcnəbi kənd təsərrüfatı işçisi olan Mahcub H. 13 yaşlı oğlu Əhməd H.-ni dava etdiyi üçün cəzalandırmaq istəyib.

Sherg.az xəbər verir ki, Mahcub H. aldığı kəndirin bir ucunu oğlunun belinə, digər ucunu isə motosikletinə bağlayıb. Daha sonra vicdansız ata oğlunu metrlərlə qaçdırıb.

Sosial mediada paylaşılan görüntülərdən sonra Polis  qrupları Mahcub H. və ailəsinin qaldığı çadırı müəyyən edib.

Polislər çadıra gedərək Mahcub H.-ni nəzarətə götürüb.

Əhməd A. və anası Halide M. Adana Polis Şöbəsi Ailə İçi və Qadınlara qarşı Zorakılıqla Mübarizə Bürosuna aparılıb.