Cərrahiyə əməliyyatı paltarı geyinmiş şəxs küçədə göründü - Heç kimə əhəmiyyət vermədi

Ataşehirin Kozyatağı E-5 şosesində cərrahiyə paltarı geyinmiş və üzündə yara olan şəxs metrlərlə addımlayıb. 

Sherg.az xəbər verir ki, ətrafdakıların xəbərdarlığına məhəl qoymadan  irəliləyən adam sonda sağlamlıq qrupları tərəfindən təcili yardımla xəstəxanaya aparılıb.

İddiaya görə, əməliyyatxana paltarı geyinən şəxs bir müddət yolda gəzib. Bu vaxt arxadan gələn nəqliyyat vasitəsinin sürücüsü  siqnalını basaraq şəxsə xəbərdarlıq edib.

Üzündə yaraların olduğu görünən şəxs reaksiyalara  fikir vermədən yeriməyə davam edib. Ətrafdakı insanlar vəziyyətlə bağlı həkim qruplarına məlumat veriblər. Xəbər verildikdən sonra təcili yardım maşını göndərilib. Şəxs sağlamlıq qrupları tərəfindən təcili yardımla xəstəxanaya aparılıb. Həmin anlar bir sürücüsünün cib telefonu kamerasına əks olunub.