Rusiyada sərnişin qatarı aşıb: Ən azı 100 nəfər xəsarət alıb

 Rusiyanın cənubundakı Volqoqrad vilayətində hərəkət edən sərnişin qatarının relsdən çıxması nəticəsində təxminən 100 nəfərin xəsarət alıb.
Sherg.az xəbər verir ki, İnterfaks xəbər agentliyi səkkiz qatar vaqonunun relsdən çıxdığını və hadisə yerinə təcili tibbi yardım qruplarının gəldiyini bildirib. TASS xəbər agentliyi qəza zamanı qatarda təxminən 800 sərnişinin olduğunu bildirib.

Rusiya Fövqəladə Hallar Nazirliyi “Təbii yardımların hadisə yerində olduğunu” və bölgədə 324 fövqəladə hallar işçisinin çalışdığını bildirib.

Kotelnikovo stansiyası yaxınlığından hadisə yerinə təcili tibbi yardım helikopterləri göndərilib.