Göygöl rayon ərazisindəki şadlıq saraylarının birində Ağstafa rayon sakini 1987-ci il təvəllüdlü E.Nəbiyev xuliqanlıq zəminində naməlum şəxs döyülərək xəstəxanaya yerləşdirilib.
Oxu.Az xəbər verir ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, rayon sakin R.Cəlilov saxlanılaraq istintaqa təhvil verilib.
Hadisənin musiqi sifarişi üstündə baş verməsi məlum olub.
Mövzu ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı söyləyib ki, toyda musiqi sifarişinə görə davalar keçmiş zamanlardan baş verir:
“Azərbaycanda harada toy varsa, orada musiqiyə görə narazılıq, əlbəyaxa dava, hətta bıçaqlanma halları da baş verib. Əslində bunların hər biri güzəşt duyğusunun olmamasından və mədəniyyət məsələsindən irəli gəlir. Bir dəqiqə əvvəl və ya bir dəqiqə sonra musiqinin çalınmasının heç bir fərqi yoxdur. Bu bölgə məsələsi deyil, tamamilə insan faktoru üzərində inkişaf edən vəziyyətdir. Elə insan var ki, qarşısında olan şəxsə güzəşt etməyi və yola verməyi bacarır. Lakin insan da var ki, tamamilə bunların əksinə davakar, inadçıd;r. Ona görə də belə vəziyyətlərlə qarşılaşırıq. Ailədə də geri addım atmağı, güzşətlər etməyi bilmirsənsə, sonu ya fiziki zorakılıq, ya da ölümlə bitir. Eyni vəziyyət cəmiyyət üçün də keçərlidir. Adicə ictimai nəqliyyatda biri-birinə güzəşt edən insanların sayı azalır. Bütün hallarda güzəştə getməyi bacarmaq lazımdır. Güzəşt bir mədəniyyətdir”.