42 yaşlı kişi atdan yıxılaraq öldü

Gədəbəy rayonunda 42 yaşlı kişi atdan yıxılaraq ölüb.

Axar.az xəbər verir ki, hadisə Slavyanka kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1982-ci il təvəllüdlü Habil Süleymanov atdan yıxılıb və nəticədə hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.