
COP29 ən yüksək səviyyədə keçiriləcək -ŞƏRH
Yusif Nəzərli
05:40 05.11.2024
COP29
520
Bakı anti-Azərbaycan qüvvələrin təzyiqləri qarşısında geri çəkilməyəcək
və separatçı xuntanın liderlərini həbsdən azad etməyəcək
Zəfər Günü və COP29 sammiti yaxınlaşdıqca ermənilərdən daha çox erməniçilik edən anti-Azərbaycan qüvvələrin də ölkəmizə qarşı hücumları artır. Cənubi Qafqazdakı proseslərə müdaxilə etməkdən əl çəkmək istəməyən qüvvələr indi əsas hədəf kimi məhz Azərbaycanı seçiblər. Çünki Azərbaycan Cənubi Qafqazın geosiyasi arxitekturasında açar ölkə hesab olunur. Bu qüvvələrin aparıcı flaqmanları ABŞ, Fransa, Avropa İttifaqı və onun qanunvericilik qanadı olan Avropa Parlamentidir. Bu qüvvələr hazırda Azərbaycana qarşı vahid düşərgə halında çıxış edirlər. Onlar var güclərilə Azərbaycan əleyhinə qarayaxma, böhtan kampaniyaları aparırlar. COP29 da onların nəzərinə görə Azərbaycana qarşı təzyiqləri daha da artırmaq üçün əsl fürsətdir. Bütün anti-Azərbaycan qüvvələr birləşərək iqlim, ətraf mühit, ekologiya, hava çirklənməsi ilə bağlı COP29-u bütün vasitələrlə siyasiləşdirməyə çalışırlar.
Politoloq Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, ölkəmizə qarşı bütün bu çirkin oyunların, məkrli hücumların səbəbi də, məqsədi də aydındır. Ekspertin sözlərinə görə, onlar öz torpaqlarımızı güc yoluyla işğaldan azad etməyimizlə, erməni separatizminin kökünü qazımağımızla və suverenliyimizin tam bərpasına nail olmağımızla heç cür barışa bilmirlər:

"Çünki Qarabağın azad edilməsi anti-Azərbaycan güclərin geosiyasi planlarını alt-üst edib. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin söylədiyi kimi, biz 44 günlük İkinci Qarabağ müharibəsində Zəfər qazanmağımızla qlobal layları tərpətmişik, ölkəmizə və Türk dünyasına qarşı kirli oyunları pozmuşuq. Ona görə də hərbi müstəvidə qələbəmizlə bölgədəki geosiyasi təxribatlarına son qoyulan ermənipərəst böyük güclər indi də digər müstəvilərdə Azərbaycana qarşı hücumlar təşkil etməyə səfərbər olublar. Ermənistana və dünya erməniçiliyinə havadarlıq edən bu qüvvələr Azərbaycandan 44 günlük müharibənin qisasını almaq və ölkəmizi cəzalandırmaq üçün bütün resurslarını işə salıblar. Bu “resurs”ların arasında çox təəssüf ki, “sapı özümüzdən olan baltalar” da yer alır. Belə ki, həm ölkədəki radikal müxalifət düşərgəsi, həm də Qərb ölkələrində yuva salmış mühacir terror mediası, “söyüş blogerləri” böyük bir şəbəkə halında formalaşaraq anti-Azərbaycan qüvvələrin əlində “alət”ə çevrilərək, onların dəyirmanına su tökməklə məşğuldur".
Analitik vurğulayıb ki, indi həm daxildəki, həm də xaricdəki xain qüvvələr bir araya gələrək Azərbaycanı hədəf seçiblər:
"Onlar Qələbəmizi “oğurlamağa”, torpaqlarımızı yenidən ermənilərə peşkəş etməyə çalışırlar. Lakin düşmən dəyirmanına su tökənlər, COP29 ərəfəsində ölkəmizə qarşı informasiya savaşı aparanlar öz məqsədlərinə nail ola bilməyəcəklər. Rəsmi Bakı anti-Azərbaycan qüvvələrin təzyiqləri qarşısında geri çəkilməyəcək və separatçı xuntanın liderlərini həbsdən azad etməyəcək. COP29-u da ən yüksək səviyyədə keçirəcəyik. Azərbaycan bu cür meqa-tədbirlərə uğurla ev sahibliyi etməyi bacarır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya