
Naringi (mandarin) alarkən nəyə diqqət edilməlidir? -Tövsiyə
10:16 22.11.2024
Cəmiyyət
613
Naringi Yeni ilin əsas atributlarından biridir. Lakin müxtəlif çeşidlərin çoxluğu səbəbindən insanlar həmişə ən dadlı və keyfiyyətli meyvəni seçə bilmirlər.
Sual yaranır. Naringinin faydaları nələrdir. Vətəndaşlar naringi alarkən hansı nüanslara diqqət etməlidirlər?
Qida eksperti Fərid Səfərov ''Sherg.az"a söyləyib ki, naringi (mandarin) xoş ətirli, dadlı, həm də olduqca faydalı meyvədir:

"Həmçinin, naringi C vitamini, B kompleks vitaminləri, antioksidantlar, su və minerallara ilə zəngin olan qış meyvəsidir. Naringinin qabıqları bir çox xəstəliklərdən qoruyur, immunitet sistemini dəstəkləyən flavonoidlər kimi antioksidantlarla zəngindir. Onun tərkibindəki lif həzm sisteminə müsbət təsir edir. İnsanı uzun müddət tox saxlayır. Naringi şəkəri yüksək olan meyvədir. Xüsusilə, şəkər xəstələri ehtiyatla istehlak etməlidirlər. Turşuluğu bol olduğu üçün isə həddindən artıq istehlak edildikdə mədəsində problem olan insanlarda narahatlıq yarada bilər. Digər tərəfdən həssas insanlarda və kiçik uşaqlarda səpgi kimi allergik reaksiyalara səbəb ola bilər. Təzə, dadlı və sağlam naringi almaq istəyirsinizsə, bir neçə məqama diqqət etmək lazımdır. Birincisi, naringi parlaq narıncı rəngdə olmalıdır. Əgər yaşıl və solğundursa, deməli, hələ yetişməyib. Alarkən diqqət edin ki, qabığı hamar, üzərində əzik, çürük, ləkə və çatlar olmasın. Təzə və şirəli olan naringilər daha ağırdır. Çalışın, alarkən ağır olanları seçin.
Sağlam qidalanma sağlam seçimlərdən başlayır. Ona görə də hər bir qidanı miqdarında, mövsümündə yeyin, qəbul etdiyiniz hər qidadan zövq alın".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət