Qurban Yetirmişli: Baş verən təkanların sayı 13 də keçib

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Xəzər dənizində 3.4 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerli vaxtla 10:52-də, 30 km dərinlikdə qeydə alınıb.


Geologiya-mineralogiya elmləri doktoru, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli “Sherg.az”a bildirib ki, baş verən təkanların sayı 13 də keçib:

“Ümumiyyətlə 3 maqnitudalı zəlzələ zəif və qeyri-dağıdıcı hesab olunur. Zəlzələnin maqnitudası 3 dən zəif olduğuna görə isə bunu ictimaiyyətə bildirmirik. Bu cür zəlzələlər adətən yalnız seysmoloji cihazlar tərəfindən hiss olunur. Yəni yaxınlıqdakı insanlar tərəfindən çox zəif hiss oluna bilər. Yaşayış binalarına və ya infrastruktura zərər vermək ehtimalı isə demək olar ki, yoxdur. Digər tərəfdən əlzələlərin güclənməsi və ya əlavə təkanların baş verməsi ehtimalı isə hər zaman mövcuddur. Dağıdıcı zəlzələlər adətən 5 və daha yüksək maqnitud səviyyəsində baş verir. Lakin hazırda qorxulu heç nə yoxdur”.