
Paytaxtdakı universitetlərin Bakı ətrafına köçürülməsi perspektivli görünmür -Ekspert
10:46 07.02.2025
Sosial
588
Bakının mərkəzində yerləşən universitetlərin köçürülməsi istisna edilmir.
Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən deyib.
O qeyd edib ki, bu məsələ layihə və ilkin təkliflər formatındadır: "Universitetlərin köçürləcəyini deyə bilmirik, amma istisna edilmir. Sadəcə bu, asan məsələ deyil. Bakının mərkəzindəki universitetlərdə 20 000 tələbə təhsil alır və üstəlik, nə qədər müəllim var".
Təhsil eksperti Cahid İmanlı "Sherg.az"a bildirib ki, hazırda Azərbaycan Texniki Universitetinin Sumqayıta, Azərbaycan Memarlıq və İnşaat Universitetinin isə Gəncəyə və ya Mingəçevirə köçürülməsi ən perspektivli və düzgün qərar olardı:

“Hər 3 şəhərdə "universitet təcrübəsi" mövcuddur. Həmçinin, şəhər infrasukturu oralarda əlavə universitetlərin açılmasına imkan verir. Yeni universitetlərin açılması sözügedən şəhərlərin daha da inkişafına səbəb olacaq. Bu isə bizim milli maraqlarımıza uyğundur. Ümumiyyətlə, Bakı ilə yanaşı digər güclü elmi-mədəni potensialı olan mərkəzlərin yaradılması vacibdir. Məsələn, Azərbaycan Dövlət İqtisad Universiteti üçün Ağdamda bütöv bir kompleksin tikintisi daha çox uyğun olardı. Bu, Qarabağ Universitetindən sonra bölgənin sosial, iqtisadi və mədəni inkişafına ən böyük töhfə olardı. Hətta Ağdama hansısa universitet köçürülməsə belə, orada yenə də böyük bir universitetin açılması Azərbaycanın gələcək strateji planlarından biri olmalıdır. Ümumilikdə paytaxtdakı bütün universitetlərin köçürülməsi isə doğru olmaz. Paytaxtdakı universitetlərin Bakı ətrafına köçürülməsi də perspektivli görünmür. Bu yenə də eyni problemlərin sadəcə qismən yer dəyişməsi olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual